Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

29 Aprel 2021 02:24 Şahmat 691
Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.

Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalın ikinci günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 2:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1:2

1/4 finalın ilk günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Xəbər Lenti