Maqnus Karlsen: "Teymur Rəcəbovu məğlub etmək çətindir"

28 Aprel 2021 17:20 Şahmat 825
Maqnus Karlsen: "Teymur Rəcəbovu məğlub etmək çətindir"

"Növbəti dueldə qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen Çempionlar Turunun "New In Chess" adlı V raundunun 1/4 final mərhələsində Teymur Rəcəbova qarşı keçirdiyi görüşlərdən sonra deyib.

31 yaşlı qrossmeyster Rəcəbovun səviyyəli şahmatçı olduğunu bildirib: "Onu məğlub etmək çətindir".

1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.

"New In Chess"də Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov da iştirak edir. O, bu raundun ilk günündə Alireza Firuzcanı (FIDE) məğlub edib.

1/4 final mərhələsinin digər qarşılaşmaları bu gün baş tutacaq. Görüşlərdən sonra qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti