COP29

13 nəfərlik siyahıda Azərbaycandan kimlər düşdü?

3 Aprel 2021 23:20 Şahmat 701
13 nəfərlik siyahıda Azərbaycandan kimlər düşdü?

Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2 851 xal toplayaraq zirvəyə qalxıb.

Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O həmçinin 18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

Bu şahmatçılardan yalnız 5-nin - Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i - Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!