Azərbaycanlı Avropa çempionundan tərif eşitdi

17 Fevral 2021 11:20 Şahmat 801
Azərbaycanlı Avropa çempionundan tərif eşitdi

Rusiyalı şahmatçı Yevgeni Tomaşevski Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxışını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, Avropa çempionu azərbaycanlı qrossmeysterin 3-cü yer uğrunda görüşdə fransalı həmkarı Maksim Vaşye-Laqrav üzərində qələbəsini xüsusi qeyd edib.

O, 34 yaşlı şahmatçının bütün partiyalara məsuliyyətlə yanaşdığını bildirib. Tomaşaevski yarışın ABŞ-dan olan qalibi Uesli So ilə 3-cü yerin sahibi Teymur Rəcəbova böyük hörmət bəslədiyini söyləyib:

"Hər ikisi əllərindən gələnin ən yaxşısını etməyə çalışır və bəzi iştirakçılardan fərqli olaraq, öz öhdəliklərini yerinə yetirirlər. Onlar qazandıqları uğurları tamamilə haqq edirlər".

"Opera Euro Rapid" turnirinin qalibi yarımfinalda Teymur Rəcəbovu, finalda isə dünya çempionu Maqnus Karlseni məğlub edən ABŞ təmsilçisi Uesli So olub.

Xəbər Lenti