"Onunla rəqabət aparmaq çox çətindir, gəlin, tələsməyək"

14 Fevral 2021 21:00 Şahmat 751
"Onunla rəqabət aparmaq çox çətindir, gəlin, tələsməyək"

"Çempionlar Turu hardasa sentyabrın ortalarında başa çatacaq. Hazırlıq üçün kifayət qədər vaxtım olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan şahmatçısı Teymur Rəcəbova məxsusdur.

Tanınmış qrossmeyster Çempionlar Turundan sonra 2022-ci ildəki İddiaçılar turnirinə hazırlaşacağını vurğulayıb: "Yenə də iştirak edəcəyimiz turnirlərin davamlı olacağı görünür.

Öz həmkarlarıma, ən yaxşı oyunçulara qarşı mübarizə aparmaq məni sevindirir. Həmçinin Maqnus Karlsenə qarşı oynamaq əla olardı. Çünki onunla rəqabət aparmaq çox çətindir, gəlin, tələsməyək".

Xəbər Lenti