"Xoşbəxtəm, amma çox da yaxşı təsir bağışlamadım"

13 Fevral 2021 18:00 Şahmat 1 029
"Xoşbəxtəm, amma çox da yaxşı təsir bağışlamadım"

"Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün tvitter hesabında paylaşıb.

Yarımfinalda ABŞ təmsilçisi Uesli Soya məğlubiyyəti şərh edən 34 yaşlı qrossmeyster yaxşı çıxış etmədiyini bildirib:

"Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm".

Rəcəbov sonda isə "Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram. Bunu arzulaya bilərəmmi" yazıb.

Yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı