KİMDİR QOYUN?!

3 Yanvar 2021 18:00 Şahmat 3 548
KİMDİR QOYUN?!

Teymur Rəcəbovun dünənki qələbəsindən sonra bəzi dostlar "Niyə erməni üzərində idman yarışında qələbəyə bu qədər sevinirsiniz?" deyir.

Əslində normalda haqlıdılar, düşmənçilik idmanın təməl prinsiplərinə yaddı.

Ötən ilə kimi mən də belə düşünürdüm və "Hakimiyyət, siyasət başqa, sıravi insanlar başqa" deyirdim. Amma...

Sakit başla fikirləşəndə bildiyimiz doğruların yanlış olduğuna əmin olursan.

Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan torpaqlarını işğal edir və ermənilər xalq olaraq bunu dəstəkləyir.

Qadın-uşaq demədən azərbaycanlı mülki şəxsləri qətlə yetirir və erməni xalqı bunu alqışlayır, üstəlik sosial şəbəkələrdə Gəncədə, Bərdədə, Tərtərdə, Naftalanda öldürülın mülki əhalimizin fotolarını paylaşaraq lağlağı edir.

Milyondan çox adamı doğma ev-eşiyindən didərgin salırlar, minlərlə mülki şəxsi, onminlərlə azərbaycanlını qətlə yetirirlər, əsir götürdüklərinin 30 ildir aqibəti bilinmir və sıravi ermənilər bundan həzz alır.

Bütün dünya "Qarabağ Azərbaycan torpağıdı, çıxın cəhənnəm olun" deyir, bunlar sülhə razılaşmır, ordumuz başlarını əzəndən sonra məcbur olub sülh müqaviləsi imzalayırlar, amma bundan sonra da dirəşirlər, terrorçuları yenə əsgərlərimizi şəhid edir, torpaqlarımıza basdırdıqları minalarına düşüb şəhid olan vətəndaşlarımızın ölüm xəbərini də demək olar hər gün alırıq.

İndi siz deyin azərbaycanlıların qanına susayan bu millətin vəhşiliklərinə göz yumub necə digərləri ilə eyni münasibət göstərmək olar?!

Keçək Aronyana. Bu şərəfsiz idman pinsiplərinə hamıdan əvvəl tüpürüb bacarsa əlinə silah alıb erməni terrorçulara qoşular. Vətən müharibəsi dövründə də Aronyan dayanmadan separatçı açıqlamalar verirdi, hətta İrəvanın mərkəzində terrorçulara qarşı dəstək aksiyası da keçirdi.

Aronyanın həmin açıqlamalarını bir-bir yazmağa həvəsim yoxdu. İstəyən girib Google axtarış sistemində ətraflı məlumat toplaya bilər.

İndi Teymurun bu separatçı gədəni məğlub etməsinə mən niyə sevinməməliyəm?!

Məsələnin digər tərəfi isə bu cür qələbələrin ermənilərin xəstə təxəyyülündəki stereotipləri sındlrmasıdı. Məsələn rus dilini bilənlər ermənilərin azərbaycanlılara xitabən tez-tez "azerbaranı" ifadəsini işlətdiyini və bizi "qoyun" qoyuna bənzətdiklərini bilir.

Bu millət azərbaycanlıların intellektual səviyyəsinin yumşaq desək ermənilərdən aşağı olduğunu düşünür. Bir intellektual idman növündə Teymurun bunların ən güclüsünü, şahmatlarının liderini, bəlkə də dünyanın ən ağıllı ermənisini son 40 gündə ikinci dəfə məğlub etməsi ermənilərin təhqirlərinə ən gözəl cavab deyilmi?!

İgid əsgərlərimiz ermənilərin xəstə təfəkküründəki "Azərbaycanlılar ticarətçidi, ermənilər döyüşçü" mifini darmadağın etdiyi kimi, bu müstəvidə də paylarını alırlar.

Erməniləri öz balaca uydurma dünyalarından reallığa qaytarmaq üçün hərb meydanında olduğu kimi hər sahədə diz çökdürməliyik. İkinci variant yoxdu.

Bu gün Teymur ən kəlləli erməni Aronyanı son 40 gündə 3-cü dəfə udsa sevincimizin həddi-hüdudu olmayacaq. Teymur bu qələbələrlə ermənilərə qoyunun kim olduğunu göstərir.

...Cəsur, rəşadətli, qəhrəman hərbçilərimiz, onları diz çökdürüb əsl döyüşçünün kim olduğunu göstərdiyi kimi.

Bir şeyi anlamağımız lazımdı. Hər kəs öz sahəsində erməniyə qarşı döyüşə çıxır. Bunu anlamağımız çox vacibdi.

Odur ki, heç olmasa bu həssas dövrdə imkan verin sevinməli olduğumuz, haqq etdiyimiz qələbələrə sevinək, bundan zövq alaq, azərbaycanlı olmağımızla fəxr edək!

Anar Şabanoğlu

Xəbər Lenti