Teymur erməniyə qalib gəldi

2 Yanvar 2021 22:20 Şahmat 1 380
Teymur erməniyə qalib gəldi

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

İlk üç qarşılaşma heç-heçə ilə bitib. Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub. Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.

Xəbər Lenti