“Strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”

2 Yanvar 2021 20:20 Şahmat 848
“Strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”

"Finala yüksəldiyim üçün xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib:

"Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”.

Finalda erməni Levon Aronyanla görüşəcək Teymur rəqibinin oyununa da toxunub: "Levon əvvəllər olduğu kimi yenə əla şahmat nümayiş etdirir”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!