Teymur Rəcəbov finalda - Levon Aronyanla qarşılaşacaq

1 Yanvar 2021 23:00 Şahmat 850
Teymur Rəcəbov finalda - Levon Aronyanla qarşılaşacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb.

Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq.

Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq. Yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!