60000 dollarlıq Azərbaycan - Ermənistan finalı?

1 Yanvar 2021 18:00 Şahmat 1 960
60000 dollarlıq Azərbaycan - Ermənistan finalı?

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək.

İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.

Turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200000 min ABŞ dolları olan yarışın qalibi 60000 dolları qazanacaq.

Xəbər Lenti