Tanınmış azərbaycanlı 1/4 finala vəsiqə qazandı

29 Dekabr 2020 01:10 Şahmat 588
Tanınmış azərbaycanlı 1/4 finala vəsiqə qazandı

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.

Sportinfo.az xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!