Teymur Rəcəbov erməni ilə nə etdi?

27 Dekabr 2020 22:20 Şahmat 1 811
Teymur Rəcəbov erməni ilə nə etdi?

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Sportinfo.az xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb.

Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib. Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.

İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti