Şəhriyar Məmmədyarov xəstə-xəstə oyuna çıxdı - VİDEO

24 Dekabr 2020 23:20 Şahmat 557
Şəhriyar Məmmədyarov xəstə-xəstə oyuna çıxdı - VİDEO

Türkiyə Şahmat Federasiyasının 15 illiyi münasibətilə özəl şahmat görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarovla türkiyəli qrossmeyster Vahap Şanal qarşılaşıb.

Tərəflər bir klassik, bir də blits şahmat olmaqla iki görüş keçiriblər. Hər iki görüş heç-heçə ilə başa çatıb.

Şəhriyar Məmmədyarov beş gün əvvəl açıqlamasında koronavirusa yoluxduğunu və bunun üçün “Tata Steel” Şahmat Turnirindən çəkildiyini bildirib.

Lakin görünür, dostluq və qardaşlıq olunca, hər görüşdən imtina etmək mümkün deyil.

Digər Xəbərlər
Xəbər Lenti