"Özümü zəif hiss etdiyimdən, məni başqa oyunçu ilə əvəzləməsini xahiş elədim"

19 Dekabr 2020 09:20 Şahmat 611
"Özümü zəif hiss etdiyimdən, məni başqa oyunçu ilə əvəzləməsini xahiş elədim"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov "Tata Steel" turnirində çıxış etmək istəməməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster koronavirusa yoluxduğu üçün bu qərarı verdiyini bildirib.

O, virusdan tam sağaldığını söyləyib: "Turnirdə əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19 virusuna yoluxmuşdum.

Bİr müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm.

Amma buna baxmayaraq hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Ceron Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim".

Məmmədyarov növbəti illərdə "Tata Steel" turnirində çıxış edəcəyinə ümidvar olduğunu deyib: "Növbəti illərdə də sizləri öz oyunlarımla sevindirmək imkanım olacaq.

Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun"!

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"