"SABAH" - "Səbail"lə başladı, "Səbail"lə bitdi - FOTOLAR

24 Noyabr 2020 09:20 Sabah 443
"SABAH" - "Səbail"lə başladı, "Səbail"lə bitdi - FOTOLAR

Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında “Sabah”la “Səbail” üz-üzə gəlib.

Noyabrın 21-də baş tutması nəzərdə tutulan, lakin futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınan qarşılaşmanın taleyi ilk 45 dəqiqədə həll olub.

Qonaqların qapısından iki top keçirən “Sabah” son dəqiqələrdə bir qol buraxsa da, 3 xal qazanıb. Bu, paytaxt təmsilçisinin axırıncı pillədən qurtulması üçün yetərli olub.

Visente Qomesin yetirmələri qələbə ilə 6 matçlıq məğlubiyyət seriyasına son qoyub. “Sabah”ın son qələbəsi 64 gün öncə - sentyabrın 20-də keçirilən “Zirə” ilə qarşılaşmaya (2:0) təsadüf edib.

Maraqlıdır ki, “Sabah”ın uğursuzluqları məhz “Səbail”lə IV turun görüşündə (1:2) başlayıb.

Həmin qarşılaşmadan sonra uduzmayan “Səbail”in isə məğlubiyyətsizlik seriyası başa çatıb. Aftandil Hacıyevin yetirmələri sentyabrın 19-da “Sumqayıt”a 1:2 hesabı ilə uduzandan 65 gün sonra məğlubiyyətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti