"Sabah"ın danışıq apardığı Suat Kaya: "Mən də sizin kimi cavab gözləyirəm"

6 Noyabr 2019 12:57 Sabah 695
"Sabah"ın danışıq apardığı Suat Kaya: "Mən də sizin kimi cavab gözləyirəm"

Elşad Əhmədovun istefasından sonra baş məşqçi postu boş qalan "Sabah"ın Suat Kaya ilə danışıq apardığını yazmışdıq. Tərəflər arasında menecerlər səviyyəsində ilkin söhbət olmuşdu. Hətta "Qalatasaray"ın əfsanəvi futbolçusu saytımıza müsahibəsində Bakıya gəlməyə hazır olduğunu bildirmişdi.

Məsələnin nə yerdə qaldığını dəqiqləşdirmək üçün yenidən türkiyəli mütəxəssislə əlaqə saxladıq.

52 yaşlı məşqçi Sportinfo.az-a açıqlamasında "Sabah"dan xəbər çıxmadığını söylədi:

"Sabah"la menecerim danışıq aparırdı. Mənimlə hər hansı söhbət olmayıb. Mən də sizin kimi cavab gözləyirəm. Hazırda heç bir məlumatım yoxdur. Nəsə bilsəm, sizə də deyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"