"Sabah" rəhbərliyi susur, vaxt isə gedir - REPLİKA

5 Noyabr 2019 17:02 Sabah 788
"Sabah" rəhbərliyi susur, vaxt isə gedir - REPLİKA

İki aya yaxındır ki, "Sabah"ın baş məşqçi postu boşdur. Sentyabrın 14-də "Qəbələ" ilə Masazırdakı oyundan (0:1) sonra Elşad Əhmədov istefaya göndərildi. Komandanın baş məşqçi postuna namizədlər arasında Yuri Vernidub, Giya Tsetsadze, Suat Kaya, Ümit Özat kimi bir çox mütəxəsislərin adları hallandı. Hətta Vernidubla Tsetzadze Bakıya gələrək, "Sabah"ın oyununu "Əlincə Arena"da izlədilər.

Amma "Sabah" rəhbərliyi baş məşqçi ilə bağlı qərar verməyə tələsməyərək, vakant postu Müşahidə Şurasının üzvü İqor Ponomaryova tapşırdı. "Neftçi"nin əfsanəvi futbolçusunun lisenziyası olmadığı üçün hələ də texniki zonada menecer kimi əyləşir. "Sabah" Ponomaryovun dövründə pis təsir bağışlamır: 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət.

Buna baxmayaraq, "Sabah" rəhbərliyi hələ də susur. Seul Olimpiadasının qalibi baş məşqçi postunda qalacaqmı? "Sabah" qış fasiləsində yenidən məşqçi məsələsinə baxacaq?

"Sabah" rəhbərliyinə veriləsi suallar çoxdur. Amma klubun prezidenti Maqsud Adıgözəlovla idman direktoru Emin Abbasov mətbuat bir kənara, heç olmasa öz saytlarına da bir qısa açıqlama vermirlər ki, baş məşqçi məsələsi necə olacaq?

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!