“Mən əmin idim ki...” - “Qalatasaray”dan Azərbaycana gələn

19 Mart 17:20 Sabah 895
“Mən əmin idim ki...” - “Qalatasaray”dan Azərbaycana gələn

“Hədəfə çatmaq üçün bu oyunda mütləq və mütləq qələbə qazanmalıydıq. Çünki başqa çıxış yolumuz yox idi”.

Bu sözləri Sportinfo.az-a “Sabah”ın cinah yarımmüdafiəçisi Cesse Sekidika “Qəbələ” ilə oyun barədə danışarkən deyib.

Şənbə günü “Bank Respublika Arena”da baş tutan görüşün ilk yarısında meydan sahibləri fırtına effekti ilə 3 qol vursalar da, qollardan 1-i hesaba alınmadı.

Birinci hissəyə əlavə olunmuş dəqiqədə bölgə təmsilçisi hesab arasındakı fərqi azaltmağa nail oldu.

“Tələbələr”in 3 xala sevinməsinə baxmayaraq, qəbələlilər ikinci yarıda topa nəzarət edərək bir neçə real qol imkanı yaratmaqla alqış qazandı.

Sabiq “Qalatasaray”lı rəqibin üstün təsir bağışlmasına özlərinin imkan verdiyini bildirib:

“Turnir cədvəlindəki duruma baxsaq, bizim üçün önəmli olan qalib gəlmək idi. İlk yarıda vurduğumuz qollarla qələbəni təmin etdik və buna görə şadıq.

“Qəbələ” sonuncu pillədə olmasına baxmayaraq, heyətində yaxşı futbolçular olan döyüşkən kollektivdir. Belə rəqiblərlə oynamaq heç də asan deyil.

Birinci 45 dəqiqədə sərgilədiyimiz oyunu görəndən sonra qalib gələcəyimizə əmin idim. Fasilədən sonra diqqətli davranmalıydıq.

Bilirdik ki, rəqib böyük qüvvə ilə gələcək, hesabı bərabərləşdirmək üçün irəli atılacaq. Bunun üçün də diqqəti müdafiəyə ayıraraq sıxlıq yaratdıq.

Komanda halında müdafiə olunmağı bacarmağın özü də keyfiyyətdir”.

Nigeriyalı vinger bundan sonrakı hər bir oyunun finala bərabər olduğunu bildirib, eyni zamanda, üçüncü pillədəki yeri qorumaq üçün əllərindən gələni edəcəklərini gizlətməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"