“Görəcəksiz” – “Sabah”ın yeni baş məşqçisi nələri dəyişir?

12 Mart 20:00 Sabah 998
“Görəcəksiz” – “Sabah”ın yeni baş məşqçisi nələri dəyişir?

“Hər məşqçinin işə özünəməxsus yanaşma tərzi var və özünəməxsus şəkildə unikaldır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ınlegioneri Cesse Sekidika komandadakı məşqçi dəyişikliyinə münasibət bildirərkən deyib.

Klub tarixinin ən uğurlu baş məşqçisi olan Murad Musayevin istefasından sonra “tələbələr” bir müddət İqor Ponomaryova həvalə olsun da, axtarışlardan sonra Krunoslav Renduliç vakant posta gətirildi.

Xorvatiyalı çalışdırıcı bir həftədir işinin icrasına başlayıb və artıq komandasını “Qəbələ” ilə oyuna çıxararaq debütdə qələbəyə sevinib.

Maraqlıdır, Renduliçi Musayevdən fərqləndirən cəhətlər hansılardır? Yeni baş məşqçi futbolçular xüsusi mənada nələri tələb edir?

Nigeriyalı hücumçu detallara varmasa da, ümumi məzmunda cavab verib:

“Murad Musayev işləmək üçün əla məşqçi idi. “Sabah”da böyük xidmətləri olsa da, bu gün bizimlə birlikdə deyil. Artıq yeni mütəxəssislə işləyirik.

Krunoslav Renduliçin özünə görə ideyaları və planları var. Nə istədiyini zamanla bizə başa salır və biz də anlamağa çalışırıq.

Yəqin ki, komandadakı dəyişiklikləri zamanla görəcəksiniz. Düşünürəm ki, bu, klub üçün müsbət effektini verəcək”.

“Sabah” 26 turdan sonra topladığı 37 xalla “Neftçi” və “Səbail”lə birlikdə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!