Ötən mövsümün parlayan siması ilə bağlı qərar verildi

17 İyul 2024 22:20 Sabah 2 080
Ötən mövsümün parlayan siması ilə bağlı qərar verildi

Abdulla Rzayev yeni mövsümü "Sabah"da keçirəcək.

Baş məşqçi Krunoslav Renduliç belə qərar verib.

Xorvatiyalı mütəxəssis cinah müdafiəçisinin Slovakiya toplanışındakı performansından razı qalıb.

22 yaşlı arxa xətt oyunçusu ötən mövsümü "Araz Naxçıvan"da icarədə keçirib.

Yaxşı mövsüm keçirən Abdullanın xidmətindən bir neçə Premyer Liqa təmsilçisi maraqlı idi.

Amma Renduliç gənclər millimizin üzvünü təlim-məşq toplanışına aparmağa qərar vermişdi.

O, ümidləri doğrultmayacağı təqdirdə yenidən icarəyə göndəriləcəkdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi