Çempionatda yer tutdu, baş məşqçi vəzifəsini digər işə dəyişməli oldu

23 İyun 2024 12:20 Sabah 1 914
Çempionatda yer tutdu, baş məşqçi vəzifəsini digər işə dəyişməli oldu

«Sabah» rəhbərliyi baş məşqçi dəyişikliyinə gedib.

Ötən mövsüm əvəzedici komandanı çalışdırmış Rövşən Babayev postunda saxlanmayıb.

Baxmayaraq ki, onun çalışdırdığı kollektiv liqanı 67 xalla turnir cədvəlinin üçüncü pilləsində bitirib.

Müxtəlif illərdə bir çox klublarda işləmiş və qazandığı müsbət nəticələrlə adından söz etdirmiş R.Babayev yenə də fəaliyyətini «Sabah»da sürdürəcək.

O, akademiyada seleksiyaçı kimi uşaq və yeniyetmələrin seçiminə məsuliyyət daşıyacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!