COP29

"Neftçi"ni Avropadan məhrum etdilər, "mən sizi sevirəm" dedi - VİDEO

27 May 17:40 Sabah 1 570
"Neftçi"ni Avropadan məhrum etdilər, "mən sizi sevirəm" dedi - VİDEO

«Sabah» bu yay ardıcıl ikinci dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək.

Masazır təmsilçisi buna Premyer Liqanın son turunda bacardı.

«Neftçi»nin qonağı olan «bayquşlar» Namik Ələsgərovun 87-ci dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazandı və bürünc medalları özü üçün təmin etdi.

Konfrans Liqasında iştirak haqqı əldə eləyən komandanın paltardəyişmə otağında maraqlı anlar qeydə alınıb. Baş məşqçi Krunoslav Renduliç təbrik nitqi söyləyib.

Üç ay öncə görəvə gətirilmiş xorvatiyalı çalışdırıcı futbolçulara keçdiyi çətin yoldan danışıb, əzmkarlığın sayəsində məqsədə çatdıqlarını söyləyib.

O, çıxışının yekununda «mən sizi sevirəm» ifadəsini işlədib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"