“Bu, bizim üçün əla nəticə olacaq” – “Sabah”ın ispanı dilə gəldi

13 Aprel 22:55 Sabah 625
“Bu, bizim üçün əla nəticə olacaq” – “Sabah”ın ispanı dilə gəldi

Ötən tur “Zirə”yə məğlub olan “Sabah” Tovuz səfərindən məğlub qayıtdı.

Komandanın ispaniyalı legioneri Con İrasabal Sportinfo.az-a müsahibə verib.

- Tovuzda üç qələbənin ardınca ilk dəfə burada məğlub oldunuz. Səbəbi nədə görürsən?

- Tovuzda oynamaq həqiqətən çox çətindir. Həm süni örtükdür, həm də rəqib komanda azarkeşlərindən lazım olan dəstəyi alır. “Turan Tovuz” burada uğurlu və aqressiv oynayır. Bəzi epizodlarda diqqətsizlik etdik, rəqib də bundan maksimum yararlandı. Qələbə istəyiriksə, aqressivliyi artırmalıyıq.

- Ötən mövsüm görməyə alışdığımız “Sabah”dan əsər-əlamət qalmayıb. Nə baş verdi?

- Dediyim kimi, yersiz səhvlərə yol veririk, rəqiblər də bundan istifadə edir. Ötən mövsüm səhvlərin sayı az idi. Bu mənada düzəltməli olduğumuz şeylər var.

- Əvvəlki günlərə qayıtmaq üçün nə qədər vaxt lazımdır?

- Hər şeydən əvvəl aqressivliyi artırmalıylıq. Daha sonra texniki xətaların sayını azaltmalıyıq. Çox yaxşı komandamız var. Bu komanda ilə uğur qazanmaq mümkündür. Sadəcə, gücümüzə inanmalıyıq.

- Bu gedişlə mövsümün sonunda nəyə ümid edirsən? “Sabah” mövsümü neçənci pillədə başa vuracaq?

- Yerlə bağlı bir söz deyə bilmərəm. Finişə 7 tur var, bu isə 21 xal deməkdir. Qarşımızda duran məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Mövsümü ikinci pillədə başa vura bilsək, bu, bizim üçün əla nəticə olacaq. Özümüzdən asılıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti