Xorvat məşqçi Azərbaycan klubundan nə istəyir?

10 Aprel 20:20 Sabah 1 763
Xorvat məşqçi Azərbaycan klubundan nə istəyir?

Murad Musayevin istefasından sonra “Sabah” müəyyən müddətdə İqor Ponomaryova tapşırılsa da, rəhbərlik yola xorvat çalışdırıcı ilə davam etməyi qərara aldı.

Bir aydır “sükan” arxasında olan Krunoslav Renduliçin işinə dəqiq qiymət vermək üçün tezdir. “Tələbələr” onun rəhbərliyi altında “Qəbələ”ylə “Sumqayıt”ı məğlub edib, “Zirə”ylə “Turan Tovuz”a məğlub olub.

Maraqlıdır, Renduliç Musayevdən hansı cəhətləri ilə fərqlənir? Komanda üzvlərindən nə tələb edir? Nələri dəyişməyi bacarıb?

Komandanın “çərçivə” qoruyucusu Nicat Mehbalıyev Sportinfo.az-a bu və digər sualları cavablandırıb:

“15-20 günlə nəyisə dəyişmək mümkün deyil. Komandanı tanımaq, mühitə alışmaq, istədiklərini həyata keçirmək vaxt istəyir. Gəldiyi gündən fəlsəfəsində olan oyun stilini aşılamağa çalışır. Bu isə müəyyən zaman tələb edir.

Ən başlıca döyüşkənlik, mübarizlik tələb edir, hamı meydanda can qoymalıdır. Oyun planına gəlincə, “bir nömrə” sistemi ilə kombinasiyalı futbol oynatmaq istəyir. Fikrimcə, müəyyən vaxt keçəndən sonra Renduliçin işini hər kəs görəcək”.

50 yaşlı mütəxəssis baş məşqçi qismində vətəni Xorvatiyada “İstra 1961”, “Şibenik”, “HNK Qoritsa”, Bosniya və Hersoqovinada “Zrinski” komandalarını çalışdırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti