"Sabah"dakı ispan: "Daha sürətli oynamalı və özümüzü təkmilləşdirməliyik"

4 Aprel 2024 14:00 Sabah 639
"Sabah"dakı ispan: "Daha sürətli oynamalı və özümüzü təkmilləşdirməliyik"

“Sabah”ın müdafiəçisi Con İrasabal Premyer Liqanın 28-ci turunda “Zirə”yə məğlub olduqları (0:1) matçdan sonra Sportinfo.az-a açıqlama verib.

İspaniyalı legioner öncə qarşılaşmanı şərh edib:

“Fikrimcə, oyuna yaxşı başladıq, oyuna nəzarət etməyə çalışdıq. Amma “Zirə” qol vurduqdan sonra çox kompakt oynadı və təhlükəli imkanlar yaratmaqda çətinlik çəkdik.

Daha təsirli olmaq üçün hücumların qurulmasını yaxşılaşdırmaq, daha sürətli oynamalı və özümüzü təkmilləşdirməliyik”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti