"Sabah"ın balaları İtaliyada mərhələ adladı - “Ravenna Cup”

1 Aprel 2024 23:00 Sabah 672
"Sabah"ın balaları İtaliyada mərhələ adladı - “Ravenna Cup”

İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası növbəti oyunlarını keçirib.

Sportinfo.az xəbər verir ki, komanda İtaliyanın “Piza” klubunu 3:0, Lüksemburqun “Benfika Eskola” komandasını 3:2 məğlub edib, “Rosina” (İtaliya) məğlub olub (1:2).

Bu nəticələrdən sonra qrup mərhələsini birinci pillədə başa vuran Nasir Nəsirlinin komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Komanda daha öncə keçirilmiş matçda yerli “Zambra”ya 2:0 hesabı ilə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM