Premyer Liqa klubunun yeni baş məşqçisi hansı futbolçuları "qara siyahı"ya salıb?

27 Mart 10:40 Sabah 2 176
Premyer Liqa klubunun yeni baş məşqçisi hansı futbolçuları "qara siyahı"ya salıb?

"Sabah"ın yeni baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 27-ci turunun "Sumqayıt"la matçından (2:1) sonra keçirilmiş mətbuat konfransında verdiyi açıqlama ilə bütün diqqətləri özünə çəkdi.

Masazır klubu ilə 1,5 illik müqavilə imzalamış xorvatiyalı mütəxəssis media vasitəsilə bəzi futbolçularına sərt mesaj yolladı:

«Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bir şeylə razıyam ki, bəzi məqamlar var və oyun müddətində daha sakit ola bilərik.

Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Amma əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox.

Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm.

Həmin oyunçunu dəyişəyəcək. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq».

Balkanlı çalışdırıcı ad çəkməsə də, bizə məlumdur ki, o, yeni tanış olmağa başladığı 4-5 futbolçudan narazıdır. Renduliçin «qara siyahı»sına həm yerlilər, həm də əcnəbilər daxildir.

Namiq Ələsgərov, Tellur Mütəllimov, Emanuel Apeh, Con İrasabal və İshak Belfodilin onun gözündən düşdüyünü müəyyənləşdirə bilmişik.

Xorvat məşqlərdə istəkli görünməyən oyunçuları tənbəllik etməkdə qınayıb və vaxt verib. Açıq şəkildə deyib ki, tələblərini yüksək səviyyədə yerinə yetirməsələr, mövsümün sonunda yollar ayrılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"