Premyer Liqa klubuna yayda gələn legioner yazda debüt etdi

24 Mart 16:05 Sabah 1 067
Premyer Liqa klubuna yayda gələn legioner yazda debüt etdi

Milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədə "Sabah" doğma meydanda "Qəbələ" ilə yoxlama matçına çıxıb.

Qonaqların 2:0 hesablı qələbəsi ilə bitən qarşılaşmada Krunoslav Renduliç yeni legionerin xidmətindən istifadə edib.

Söhbət nigeriyalı hücumçu Oluvaseun Timilehindən gedir.

Xorvatiyalı mütəxəssis gənc futbolçuya ikinci yarıda şans verib.

Afrikalı ötən yay perespektivli gənc kimi Nigeriyanın "Dino Sportinq" klubundan "Sabah"a cəlb olunub.

Amma 18 yaşlı legioner ilk dəfə "Qəbələ"yə qarşı sınaq matçında əsas komandada şans qazanıb.

O, arxada qalan müddətdə əvəzedici və U-19 komandalarında meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"