“Məndə olan məlumata görə, rəhbərlik ondan tələb edib ki…“ - VİDEO

19 Mart 15:00 Sabah 487
“Məndə olan məlumata görə, rəhbərlik ondan tələb edib ki…“ - VİDEO

“O, iddialı məşqçidir“.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Martın 5-də “Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib. Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

Xorvatiyalı karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

50 yaşlı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

Vaxtilə “Sabah“da idman direktoru vəzifəsini tutmuş E.Abbasov balkanlı çalışdırıcının təyinatından gözləntilərinin olduğunu bildirib.

O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində söyləyib ki, Renduliç komandaya avrokuboklara vəsiqə qazandırmalıdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!