Azərbaycandan ayrılan baş məşqçi köhnə iş yerinə qayıtdı

15 Mart 01:10 Sabah 330
Azərbaycandan ayrılan baş məşqçi köhnə iş yerinə qayıtdı

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, "Krasnodar"ın baş məşqçisi təyin olunub.

Bu barədə Rusiya Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. M.Musayev istefaya göndərilən Vladimir İviçi əvəzləyib.

"Krasnodar" Rusiya Premyer Liqasında 20 oyundan 39 xalla 2-ci yeri tutur və lider "Zenit"dən 1 xal geri qalır.

Musayev fevralda "Sabah"dan ayrılmışdı. O, 2018-ci ilin aprelindən 2021-ci ilin aprelinədək “Krasnodar”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!