Azərbaycandan gedən baş məşqçi keçmiş klubuna qayıdır?

14 Mart 2024 00:30 Sabah 863
Azərbaycandan gedən baş məşqçi keçmiş klubuna qayıdır?

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yenidən "Krasnodar"da işləmək ehtimalı var.

Sportinfo.az xəbər verir ki, bu barədə "RB Sport" nəşri iddia irəli sürüb.

Bildirilib ki, 40 yaşlı mütəxəssis mövsümün sonunadək Premyer Liqa təmsilçisinə rəhbərlik edə bilər.

"Krasnodar" bu gün baş məşqçisi Vladimir İviçlə yollarını ayırıb. 2021-ci ildən Bakı klubunda işləyən Murad Musayev cari il fevralın 1-də komanda ilə vidalaşıb.

Mütəxəssis 2018-2021-ci illərdə "Krasnodar"ın əsas komandasında baş məşqçi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti