“Sabah”ın legioneri əməliyyat olundu - Lüksemburqdakı klinikada

14 Mart 2024 01:00 Sabah 597
“Sabah”ın legioneri əməliyyat olundu - Lüksemburqdakı klinikada

"Sabah"ın futbolçusu Vinsent Till əməliyyat olunub.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Lüksemburqdan olan 24 yaşlı yarımmüdafiəçi ölkəsindəki klinikalardan birində cərrahi müdaxiləyə ehtiyac duyub.

O, dizindəki çarpaz bağlardan əməliyyat edilib.

vinsent Till 2023-cü ilin yayından "Sabah"da çıxış edir. 24 yaşlı vinger komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti