Azərbaycan klubu yeni trəfərdaş tapdı, müqavilə imzaladı

13 Mart 2024 22:40 Sabah 885
Azərbaycan klubu yeni trəfərdaş tapdı, müqavilə imzaladı

“Sabah” və “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində şirkət “Sabah”ı qolf maşını ilə təmin edib.

Klubun ixtiyarına verilmiş qolf maşınından ölkə çempionatının oyunlarında, futbolçuların zədələnməsi zamanı meydançadan daşınması üçün istifadə ediləcək.

“GolfCar Azərbaycan” ölkəmizdə qolf maşınlarının aparıcı təchizatçısıdır. Səkkiz illik fəaliyyəti ərzində şirkət geniş xidmətlər təklif edən etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir.

Şirkətin xidmətlərinə qolf maşınlarının satışı, icarəsi, təmiri, tüninqi, həmçinin xidməti qulluğu daxildir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti