Əcnəbi çalışdırıcıdan uğurlu debüt, uğursuz gediş

16 Mart 23:40 Sabah 728
Əcnəbi çalışdırıcıdan uğurlu debüt, uğursuz gediş

Krunoslav Renduliçin "Sabah"da debütü uğurlu alındı.

Masazır klubu onun rəhbərliyi altında Premyer Liqanın 26-cı turunda qonaq etdiyi "Qəbələ"ni xalsız yola saldı - 2:1.

50 yaşlı mütəxəssisin ölkəmizdə ilk matçından fərqli olaraq ilk qərarı heç də özünü doğrultmadı.

Söhbət onun Rəhman Daşdəmirovu ehtiyata göndərməsindən gedir.

Murad Musayevin dönəmində də müdafiəçi bir qayda olaraq ehtiyat skamiyanın üzvünə çevrilmişdi.

Amma rusiyalının istefasından sonra müvəqqəti baş məşqçi səlahiyyətlərin icra edən İqor Pomomaryov gənclər millimizin sabiq üzvünə davamlı əsas heyətdə güvənirdi.

Əbəs deyil ki, onun başçılığı altında "Sabah"ın keçirdiyi 6 matçın hamısında 25 yaşlı futbolçu 90 dəqiqə meydanda olmuşdu. Həmin görüşlərdə kifayət qədər yaxşı təsir bağışladığını da deyə bilərik.

Amma nədənsə Renduliç ilk oyunundaca onu Con İrasaballa əvəzlədi.

Lakin ispaniyalının yeni baş məşqçinin ümidlərini doğrultduğunu demək olmaz.

Meydanda inamsız təsir bağışlayan əcnəbi futbolçu buraxılan qolda da kobud səhvlə yadda qaldı.

Məhz onun yalnış ötürməsindən sonra topa sahib olan Eyyub Allaş fərqi minimuma endirdi.

İrasabalın bəxti onda gətirdi ki, bölgə klubu sona kimi bərabərlik qolunu vura bilmədi.

Əks halda, xorvatiyalı çalışdırıcının ilk dəyişikliyi kimi, ilk matçı da tarixə uğursuzluqla düşəcəkdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!