"Sabah" BATE-yə qalib gəldi, "Zenit"ə uduzdu, qrupu 3-cü pillədə başa vurdu

12 Mart 01:50 Sabah 263
"Sabah" BATE-yə qalib gəldi, "Zenit"ə uduzdu, qrupu 3-cü pillədə başa vurdu

Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında “Bizim gələcəyimiz” beynəlxalq turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-9 komandası da turnirdə iştirak edib.

Komanda turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” komandaları ilə birlikdə A qrupunda yer alıb.

“Sabah” qrup mərhələsində BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Komanda qrup mərhələsini 3-cü pillədə başa vurub.

Məhərrəm Müslümzadənin yetirmələri 9-12-ci yerlər uğrunda mübarizədə Rusiyanın “Nijni-Novqorod” (0:3) və Belarusun “Volqa Brest” (2:4) komandası ilə qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!