Azərbaycan klubunda əcnəbi baş məşqçi - 63-cü...

12 Mart 00:30 Sabah 480
Azərbaycan klubunda əcnəbi baş məşqçi - 63-cü...

Azərbaycan Premyer Liqasının 26-cı turu Krunoslav Renduliçin Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Sabah”ı “Qəbələ” ilə ev matçına çıxarıb. Onun yetirmələri bu oyunda 2:1 hesablı qələbə qazanıblar.

Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb.

“Bank Respublika Arena”da keçirilən görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarıb.

Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb.

Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!