"Sabah"ın yeni çalışdırıcısı etiraf etdi: "Robert Prosineçki mənə dedi ki..."

9 Mart 20:50 Sabah 1 715
"Sabah"ın yeni çalışdırıcısı etiraf etdi: "Robert Prosineçki mənə dedi ki..."

"Sabah" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. "Qəbələ" çox yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədirlər. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə iki oyun dalbadal qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.

- Komandada nələri dəyişə bildiz?

- 4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Deyə bilmərəm ki, çox şeyi dəyişmişik. İstəyirəm orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, birinci hissədə yaxşı idi. İkinci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı.

- Qarşınıza konkret hədəf qoyulub?

- Xeyr. Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir.

- Azərbaycanda bir çox xorvatiyalı məşqçilər, futbolçular çıxış edib. Bura gəlmədən öncə kiminlə əlaqə saxladınız?

- Səmimi olmaq lazımdır. İlk olaraq Jolke Sofiçə zəng etdim. O, mənə klub haqda müsbət fikirlər söylədi. Təklif etdi ki, bu şansdan istifadə edim. Robert Prosineçkiyə də zəng etdim. Biz dostuq. O da çox yaxşı şeylər dedi.

- Əlinizdə olan heyətdən məmnunsuz? Komandadan gedəcək olanlar haqda fikirləriniz var?

- Bu, bir prosesdir. Hər transfer pəncərəsində istəyirsən ki, daha da inkişaf edəsən. Bütün dünyada belədir. Əlbəttə ki, yayda bəzi dəyişikliklər edəcəyik. Bizdə icarədə olan futbolçular var. Bəzilərinin müqaviləsi bitir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!