“Hələ uzun müddət Azərbaycanda qalacam”

9 Mart 18:00 Sabah 763
“Hələ uzun müddət Azərbaycanda qalacam”

“Öz oyunuma qiymət vermək istəməzdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Koel Marqarita deyib.

Masazır klubu ötən ilin iyununda 23 yaşlı vingerlə müqavilə bağlayıb. Onunla anlaşmanın müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.

“TOP Oss”dan (Niderland) transfer edilən Jarl karyerası ərzində yerli “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen”də də çıxış edib.

Niderland və Kurasao vətəndaşlığı olan legionerdən ilk vaxtlar gözləntilər daha çox idi. O, arxada qalan müddətdəki performansından razıdırmı?
Marqaritanı dinləyək:

“Sadəcə, onu deyə bilərəm ki, hər oyunda komandamın yaxşı nəticə qazanması üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, qarşıdakı matçlarda komandama daha faydalı olacam.

Mənim əsas məqsədim budur. Düşünürəm ki, burada məndən razıdırlar və hələ uzun müddət Azərbaycanda qalacam”.

Digər Xəbərlər
Xəbər Lenti