“Sabah”ın baş məşqçisini Mahmud Qurbanova bənzətdi, haqqında maraqlı fraza işlətdi

6 Mart 2024 20:40 Sabah 1 133
“Sabah”ın baş məşqçisini Mahmud Qurbanova bənzətdi, haqqında maraqlı fraza işlətdi

“Krunoslavın “Sabah”la müqavilə bağlamasından xəbərsiz idim, indi sizdən eşitdim.

Yeni iş yerində ona uğurlar arzulayıram”.

Bu sözləri Sportinfo.az-a vaxtilə ölkəmizdə legioner həyatı yaşamış xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliç “Sabah”ın yeni baş məşqçisi Krunoslav Reduloviç haqda danışarkən deyib.

Xorvatiyadan olan sabiq futbolçular bir-birini yaxından tanıyır. Skuliç 4 illik “Bakı” karyerasını başa vurandan sonra vətənində “Luçko” klubunun uğurları üçün tər töküb ki, 40 yaşlı Reduloviç həmin vaxt kapitan sarğısını daşıyıb.

Ernad sabiq komanda yoldaşı haqda söz açarkən onun məşqçi və insani keyfiyyətlərinə toxunaraq, “Sabah”ın yeni çalışdırıcısını tanınmış azərbaycanlı futbolçuya bənzədib:

“1 il eyni komandada top qovmuşuq. Onu deyə bilərəm ki, çox ağıllı futbolçu idi, məşqçi kimi də bacarıqlıdır.

O vaxt Krunoslavı Mahmud Qurbanova bənzədirdim. Oyun üslubları həddindən artıq oxşar idi.

İnsani keyfiyyətləri möhtəşəmdir. Hamıya ilə dil tapır, problem yaratmağı xoşlamır.

Məşqçilik karyerası əsasən ölkə xaricində olub. Özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Əminəm ki, Azərbaycanda uğurlu nəticələr qazanacaq. Ona bol-bol uğurlar arzulayıram”.

“Sabah” Krunoslav Reduloviçlə 1,5 illik müqavilə imzalayıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti