Azərbaycan klubunda daha iki əcnəbi məşqçi

6 Mart 2024 09:40 Sabah 1 804
Azərbaycan klubunda daha iki əcnəbi məşqçi

“Sabah”da yeni baş məşqçisi Krunoslav Renduliçin köməkçiləri müəyyənləşib.

Onlarından ikisi özüylə Azərbaycana gələnlərdir.

Saşa Sablyak və Domaqoy Periç bu korpusda yer alıb.

İqor Ponomaryovla bərabər çalışan Vitali Kovalyov, Ruslan Qafitullin və Rəşad Eyybuov da buradakı fəaliyyətini davam etdirəcək.

Masazır təmsilçisi dünən xorvatiyalı çalışdırıcı ilə 1,5 illik müqavilə bağlayıb.

Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas millisində (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvatiyalı çükançı “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti