Azərbaycan klubunu kimin çalışdıracağı qətiləşdi - SON DƏQİQƏ

4 Mart 2024 19:00 Sabah 3 530
Azərbaycan klubunu kimin çalışdıracağı qətiləşdi - SON DƏQİQƏ

"Sabah"ı Krunoslav Renduliçə danışıqları müsbət sonluğa çatıb.

Artıq tərəflər bütün detallarda razılığa gələ bilib.

Və komanda qarşıdakı tur "Qəbələ" ilə oyuna onun rəhbərliyi altında çıxacaq.

Amma çalışdırıcı hələ də Azərbaycana gəlməyib.

Azərbaycan klubunu kimin çalışdıracağı qətiləşdi - SON DƏQİQƏ

Hazırda ölkəsində olan xorvatiyalının Bakıya gəlişi an məsələsidir.

Yarım ilə yaxındı işsiz olan Renduliçin sonuncu klubu Bosniya və Herseqovina təmsilçisi "Jrinski" olub.

Xorvatiyalı karyerası ərzində ölkəsində "Qoriça", "Sibenik", "İstra"da və İranda "Fulad"da məşqçilik edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti