Premyer Liqada çıxış edən legionerin üz-gözünü partlatdılar - ŞOK VİDEO!

3 Mart 2024 22:05 Sabah 2 246
Premyer Liqada çıxış edən legionerin üz-gözünü partlatdılar - ŞOK VİDEO!

Azərbaycan Premyer Liqasında hakim biabırçılıqları davam edir.

Bu dəfə narazılıq yaradan epizod Premyer Liqanın 25-ci turunun "Sabah" - "Araz Naxçıvan" qarşılaşmasında (2:0) yaşanıb.

Belə ki, oyunun ikinci yarısında qonaqların kapitanı Orxan Əliyev "Sabah"ın yarımmüdafiəçisi Jarl Marqaritaya qarşa çox kobud hərəkətlə yadda qalıb.

Əliyev təpiklə niderlandlı legionerin başına zərbə endirib.

Zərbədən sonra "27 nömrə"li legionerin qaşı partlayıb.

Onun oyundan sonrakı fotosunu sizə təqdim edirik:

Amma "Araz"ın cərimə meydançasında olan epiozda görə baş hakim Kamal Umudlunun fiti susub.

VAR hakimi Rəşad Əhmədov da epizoda reaksiya verməyib. Futbolçu uzun müddət yerdə qalıb, həkimlərin müdaxiləsi qaçılmaz olub.

Amma bu müddətdə də Əhmədov baş hakimi epizoda baxmaq üçün VAR-a dəvət etməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərinə aşakıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti