Ayaz Quliyevin rəğbətlə qarşılanan təqdirəlayiq hərəkətini görün... VİDEO

5 Mart 2024 19:40 Sabah 1 505
Ayaz Quliyevin rəğbətlə qarşılanan təqdirəlayiq hərəkətini görün... VİDEO

"Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev təqdirəlayiq addımla yadda qalıb.

Masazır təmsilçisinin futbolçusu Premyer Liqanın 25-ci turunun "Araz Naxçıvan"la qarşılaşmasından sonra (2:0) öz formasını azarkeşə verməsilə diqqət çəkib.

Belə ki, azyaşlı uşaq əlində tutduğu kağız parçasında Ayazdan formasını ona verməsini özünə əks etdirən yazı yazıb.

Lakin mühafizə xidməti həmin azarkeşi məhəccərdən uzaqlaşdırıb.

Bunu görən Quliyev öz formasını təhlükəsizlik xidmətinin əməkdaşına verərək həmin azyaşlıya çatdırılmasını xahiş edib.

O da öz növbəsində 27 yaşlı futbolçunun jestinə yox deməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti