Problemi yaranan legioner Azərbaycanı tərk etdi

5 Mart 2024 22:20 Sabah 986
Problemi yaranan legioner Azərbaycanı tərk etdi

"Sabah"ın zədəli futbolçusu Vinset Till Azərbaycanı tərk edib.

Lüksemburq millisinin yarımmüdafiəçisi ölkəsinə yollanıb.

Onun bu addımına səbəb zədəsinin ciddi olmasıdır.

"12 nömrə" böyük ehtimal vətənində əməliyyat olunacaq.

Onun üçün bu mövsümün başa çatdığını indidən demək olar.

Till Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qarabağ"la 3:3 bərabərliklə bitən qarşılaşmanın 12-ci dəqiqəsində xəsarət alaraq yerini Cessi Seekidikaya verməli olmuşdu.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm "Sabah" formasında keçirdiyi 22 oyunda 2 qol, 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!