“Sabah”ın maraqlı layihəsi Nyu-Yorkun məşhur “Times Square” meydanında - VİDEO+FOTO

21 Dekabr 2023 02:40 Sabah 575
“Sabah”ın maraqlı layihəsi Nyu-Yorkun məşhur “Times Square” meydanında - VİDEO+FOTO

“Sabah”ın sponsoru “Bakupan”la birlikdə, komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın ərazisində sahibsiz itlərə evciklərin quraşdırılması ilə bağlı həyata keçirilən layihə ABŞ-nin Nyu-York şəhərinin məşhur “Times Square” meydanında yayımlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın ətrafında yaşayan sahibsiz itlər üçün stadionun ərazisində evciklər quraşdırılıb.

Klubun həkimi Rəhim Məhərrəmov stadionunun ətrafındakı sahibsiz heyvanlara qayğı göstərir, komandanın üzvləri ilə birlikdə onları qidalandırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti