"Sabah" Tovuz trillerində 1/4 finala yüksəldi

18 Dekabr 2023 15:56 Sabah 567
"Sabah" Tovuz trillerində 1/4 finala yüksəldi

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Sabah" "Kəpəz"lə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə klubunun heyətində 36-cı (pen.), 45-ci və 76-cı dəqiqələrdə Adama Niane fərqlənib.

Qonaqlarda 14-cü dəqiqədə Vinsent Til, 23-cü dəqiqədə Cesse Sekidika, 39-cu dəqiqədə Emmanuel Apeh, 89-cu dəqiqədə Amin Seydiyev adını tabloya yazdırıb.

"Sabah" 1/4 finalda "Qarabağ" - MOİK cütünün qalibi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti