Azərbaycan klubunun əcnəbisi bu il forma geyinməyəcək

17 Dekabr 2023 01:00 Sabah 609
Azərbaycan klubunun əcnəbisi bu il forma geyinməyəcək

"Sabah"ın forvardı Davit Volkovun Premyer Liqanın 17-ci turunun “Araz-Naxçıvan”la görüşdə oynamamasının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı zədə səbəbindən meydana çıxmayıb. Onun durumu da artıq bəllidir.

Belə ki, Volkov Premyer Liqanın 15-ci turunun "Kəpəz"lə oyunundan öncəki məşqdə zədələnib. Hazırda gürcüstanlı hücumçunun müalicəsi davam edir.

Davidin yanvar ayındakı təlim-məşq toplanışında komanda ilə məşqlərə başlaması gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti