"Səbail"in qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi məlum olub.
Söhbət "Sabah"ın yarımmüdafiəçisi Ceyhun Nuriyevdən gedir.
Məxsus olduğu klubun yeni müqavilə təklifinə "yox" deyən 22 yaşlı futbolçunun xidmətində Şahin Diniyev maraqlıdır.
Hətta Bayıl təmsilçisi Ceyhuna görə "Sabah"a müəyyən məbləğ təzminat ödəməyə də hazırdır.
Futbolçunu heyətində görmək istəyən klublar siyahısında "Turan Tovuz" və "Sumqayıt"ın daha əvvəldən olduğunu bildirək.
Azərbaycan millisinin üzvü bu mövsüm Premyer Liqada cəmi 3 görüşdə meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

