Yeni təkliflər qapıda - O, Azərbaycandan ayrılır?

13 Dekabr 2023 13:20 Sabah 1 338
Yeni təkliflər qapıda - O, Azərbaycandan ayrılır?

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın daha bir klubundan təklif alıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis Rusiya birinci liqasında yarışan “Şinnik” Musayevi baş məşqçi postuna gətirməyi planlaşdırır.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Dmitri Xomuxanın postundan ayrılmasından sonra Yaroslavl təmsilçisi baş məşqçisiz qalıb.

Rusiya klubunun idman koordinatoru postunu tutan Aleksandr Pobeqalov Musayevlə görüşmək üçün Azərbaycana gəlib.

“Şinnik”in baş direktoru Xalimcan Xayrulin Pobeqalovun Azərbaycana gəlməsini təsdiqləyərək, bunları deyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.

"Alaniya" da Murad Musayevi baş məşqçi postuna dəvət etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti